12px13px15px17px
Tarix:23/04/13

Dünyanı dəyişdirəcək 10 texnologiya

Massaçusets Texnologiya İnstitutunun alimləri artıq təcrübədə istifadəyə hazır və tezliklə insanların həyatını dəyişdirəcək 10 texnologiyanın siyahısını dərc edib:

Kompüter təhsili

Nəhəng hesablama resurslarının mövcudluğu nəticəsində hazırda kompüterlər obyektləri tanıya və nitqi real vaxt rejimində tərcümə edə bilər.

Çox səmərəli günəş enerjisi

Günəş enerjisi ilə işləyən qurğuların effektivliyinin 2 dəfə artırılması bərpa olunan enerji iqtisadiyyatını tamamilə dəyişəcək. Bunu həyata keçirəcək həll mövcuddur.

Ucuz telefonlardan böyük məlumatlar

Sadə mobil telefonlardakı informasiyanın toplanılması və təhlili insanların davranışı haqqında gözlənilməz təfərrüatlar haqqında mlumat verə bilər, həmçinin xəstəliklərin yayılması prinsiplərini anlamağa kömək edəcək.

Müvəqqəti sosial şəbəkələr

Tez bir şəkildə özü silinən mesajlar internet üzərindən aparılan ünsiyyətin məxfiliyini yüksəldə bilər və insanlara daha da sərbəstlik verə bilər.

“Ağıllı” saatlar

Qurğu 2013-cü ildən əvvəl satışa çıxarılıb. Sözügedən cihazlar “iPhone” və “Android” ilə əlaqələndirilir və müxtəlif məlumatlar göstərə bilər. “Apple” şirkəti oxşar cihaz istehsal etməyə hazırlaşır.

Hafizə implantı

İnsanlar implantlar sayəsində müxtəlif zədələrdən sonra belə xatirələri yadda saxlaya biləcəklər.

“Baxter” sənaye robotu

“Baxter” sənayə robotu 2012-ci ildə “Rethink Robotics” şirkəti tərəfindən yaradılıb. Yaradıcılar iddia edir ki, adıçəkilən robot mürəkkəb proqlaşdırma tələb etmir. Robot müxtəlif sadə əməliyyatlar yerinə yetirə bilər.

3D çap

Dünyanın ən böyük avadanlıq istehsalçılarından biri “General Electric” tezliklə 3D çap texnologiyasından istifadə etməklə aviamühərriklər üçün detal istehsalına başlayacaq.

Dölün DNT-nin oxunması

İnsan geninin öyrənilməsində növbəti inqilab dölün DNT-nin oxunması olacaq. Bunun sayəsində valideynlər övladlarının genetik qabiliyyəti barədə doğuşdan əvvəl öyrənə bilər.

Super şəbəkə

Sabit cərəyanının güclü avtomatik elektrik açarı son nəticədə “Super şəbəkə” qurmağa imkan verəcək. Enerjini sözügedən şəbəkə üzrə sabit cərəyanla ötürmək təklif edilir. Müasir şəbəkələrdə dəyişən cərəyandan istifadə edilir.

Emil Hüseynov



Baxış sayı: 882

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024