12px13px15px17px
Tarix:24/04/13

Cenevrədə Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqindən danışılıb

Cenevrə şəhərində keçirilən tədbirdə Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi barədə məlumat verilib. "ICTnews" elektron xəbər xidmətinin Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi məlumata görə, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin 18-ci sessiyası çərçivəsində "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında" Beynəlxalq Konvensiya üzrə Azərbaycanın ikinci dövri məruzəsinə baxılıb.

Bununla əlaqədar olaraq DMX-nin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərində olub. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən nümayəndə heyətinin rəhbəri Azərbaycanda əmək miqrasiyasının vəziyyəti, əməkçi miqrantlar və onların hüquqlarının təmini sahəsində görülmüş işləri komitə üzvlərinin diqqətinə çatdırıb.

O, eyni zamanda ölkədə miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi ilə əlaqədar vahid informasiya sisteminin (Vahid Miqrasiya Məlumat Sistemi (VMMS)) hazırlandığı haqda məlumat verib.

P.Musayev həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması barədə danışıb.

CAHANGİR



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024