12px13px15px17px
Tarix:25/04/13

“Huawei” şirkəti ABŞ bazarını tərk edir

Dünyanın ən iri telekommunikasiya şirkəti “Huawei Technologies” ABŞ bazarını tərk etməyə hazırlaşır, çünki onun telekommunikasiya avadanlıqlarının satışını təmin etmək cəhdləri təhlükəsizlik xidmətlərinin qadağalarına tuş gəlib.

“ICTnews” xəbər xidmətinin “www.korrespondent.net” saytına istinadən verdiyi məlumata əsasən, “Huawei” şirkətinin baş direktoru Erik Ksu bildirib ki, onun şirkəti üçün Amerika bazarında qeyri-münbit şərait yaradılmasından çox məyusdur. "Biz artıq Birləşmiş Ştatlar bazarında maraqlı deyilik ", - deyə o bildirib.


ABŞ-ın təhlükəsizlik xidmətləri, həmçinin məmurlar və siyasətçilər dəfələrlə “Huawei”-ni ittiham ediblər, bu şirkəti ölkənin milli təhlükəsizliyinə təhlükə adlandırıblar. Şirkət isə dəfələrlə bütün ittihamları rədd edib.

Ötən ilin oktyabr ayında ABŞ Konqresi Çin şirkətlərinin, o cümlədən “Huawei” şirkətinin fəaliyyətinin araşdırılmasının nəticələri ilə bağlı hesabatı təqdim edib və bu hesabatda qeyd edilib ki, şirkətin fəaliyyəti ölkənin milli təhlükəsizliyinə xələl yetirir. Buna görə də Amerika hökuməti yerli şirkətlərə Çin şirkətləri ilə əməkdaşlığı tövsiyə etmir. ABŞ Konqresinə 2008-ci ildə ünvanlandırılmış hesabatda Amerika hərbçiləri qeyd ediblər ki, “Huawei” Çinin xalq-azadlıq ordusu ilə “sıx əlaqədədir”.

Nəticədə şirkətin dövlət və hərbi xasiyyətli məlumatların ötürülməsi şəbəkələrinə çıxışı məhdudlaşdırılıb. “Huawei” şirkətinə “milli təhlükəsizlik” nöqteyi-nəzərindən Amerikanın “3COM” korporasiyasını almasına qadağa qoyulub. “Huawei”-nin 45 dünya operatoru ilə biznes əlaqələrinin olmasına baxmayaraq, o, ABŞ bazarında bir dənə də olsun, iri şirkət ilə tərəfdaşlıq əlaqəsi qura bilməyib.

Aynur Vəliyeva



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024