12px13px15px17px
Tarix:25/04/13

Gənclər lisenziyalı proqram təminatı ilə təmin ediləcək

2013-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən "İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) üzvlərini ödənişsiz olaraq, lisenziyalı proqram təminatı ilə təchiz edəcək. ARGTMŞ-nın "Üzv Təşkilatlara İT Dəstək” siyasəti çərçivəsində yaradılan imkandan, onun üzvü olan 104 gənclər təşkilatı faydalana biləcək.

ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynov qeyd edib ki, əsas məqsəd ARGTMŞ-nın üzvü olan, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən gənclər təşkilatlarının daha keyfiyyətli proqram təminatına sahib olmasıdır və onlardan fəal istifadəsidir.Bu imkan çərçivəsində ARGTMŞ-nın üzvü olan bütün gənclər təşkilatları, "Windows” əməliyyat sistemi ("Windows 8” daxil olmaqla), "Microsoft Office” paketi, serverlər, işgüzar proqramlar, proqramlaşdırma, təhsil, kommunikasiya, axtarış, təhlükəsizlik alətləri kateqoriyaları üzrə proqram təminatına sahib ola biləcək.

Proqram təminatını əldə etmək üçün, 27 aprel 2013-cü il tarixinədək ARGTMŞ-nın üzvləri , ARGTMŞ-nın ofisinə (Süleyman Rüstəm 7, "Gənclər Evi”) yaxınlaşaraq seçdiyi proqram təminatını sifariş verə bilər.





Baxış sayı: 735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024