12px13px15px17px
Tarix:25/04/13

İKT üzrə statistik məlumatların və göstəricilərin toplanması üçün qısa sorğudan istifadə ediləcək

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) İKT üzrə statistik məlumatların və göstəricilərin toplanması üçün ilk dəfə qısa sorğudan istifadə edəcək.

Beynəlxalq Telekommunikasiya İttifaqının İKT üzrə statistik məlumatlar və informasiya bölməsinin rəhbəri Syuzan Telçer bu barədə Naxçıvan Muxtar Respublikasında keçirilən BTİ-nin MDB ölkələri üçün "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT indikatorlarının unifikasiyası" mövzusunda regional seminarında məlumat verib.

Onun sözlərinə görə, BTİ bundan sonra ev təsərrüfatlarında aparılan sorğu əsasında məlumatların toplanması üçün ölkələrə, o cümlədən milli statistika orqanlarına anketi qısa sorğu formasında göndərməyi nəzərdə tutur: "Müxtəlif təsnifatlar üzrə məlumatın necə əldə edilməsi, necə hasil olunmasının müəyyənləşdirilməsi olduqca vacibdir. Bu məqsədlə anket-sorğuda adətən 12 indikator öz əksini tapır. Resurslar üçün qısa anket-sorğudan istifadə təcrübəsi bu il ilk dəfə həyata keçiriləcək. Öyrənmək istəyirik ki, bu metod cavabların faiz dərəcələrini artıracaqmı?"


BTİ rəsmisi bildirib ki, ev təsərrüfatı üzrə toplanan göstəricilər və statistik məlumatlar zamanı əsasən 3 indikator, o cümlədən radio-cihaz qurğuları, televizor və internetə çıxış imkanları nəzərdən keçirilir:

"Əsas siyahı daha çox fundamental baza siyahısıdır. Siyahının əsas məqsədi ümumi platformanı müəyyən etməkdir. Amma bəzi ölkələr daha çox məlumat əldə etmək istədiyi üçün hətta BTİ-nin ev təsərrüfatlarında tövsiyə etdiyi minimum indikatorlardan daha çox məlumat toplamağa çalışırlar. Onu da qeyd edim ki, 3 əsas indikator İKT-nin inkişaf indeksinə daxil edilib".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 779

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024