12px13px15px17px
Tarix:26/04/13

“Bakcell” “Mançester Yunayted” klubunun məşhur futbolçusunu Azərbaycana gətirir

"Mançester Yunayted" klubunun əfsanəvi hücumçusu Duayt York "Bakcell" və "Mançester Yunayted" arasındakı müqavilə çərçivəsində Bakıya səfər edəcək.

"Yunayted"in "təbəssümlü qatil"i klubun birdən üç titul qazandığı unudulmaz mövsümün ən aparıcı oyunçularından biri idi. 1998-ci ilin sentyabr ayında "Aston Villa"dan transfer olunan Trinidad və Tobaqolu hücumçu 29 qol vuraraq bombardirlər siyahısında birinci pilləni tutdu, "Qırmızılar" isə titullar qazanırdı.

York və Endi Koulun meydanda bir-birini yaxşı başa düşməsi onları müasir futbolun tarixində ən təhlükəli tandemlərdən biri edirdi. Ruud Van Nistelroyun komandaya gəlişindən sonra Yorkun rolu nisbətən azaldı, lakin o, Arsenala 22 dəqiqə ərzində etdiyi "het-trik"dən sonra bütün "Yunayted" azarkeşləri üçün canlı əfsanəyə çevrilib.

Duayt "Old Trafford"u 2002-ci ildə tərk edib, lakin onun həmin stadiona opponent qismində qayıtması azarkeşlər tərəfindən daima isti qarşılanırdı. Duayt Youk "Bakcell" şirkətinin xüsusi qonağı olaraq bir neçə tədbirdə iştirak edəcək.

Bu tədbirlərin sırasında mayın 1-də Heydər Əliyevin 90 illik yubileyi münasibətilə AFFA tərəfindən təşkil olunacaq Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü və mayın 3-də "Bakcell" tərəfindən təşkil olunacaq xeyriyyə auksionunu xüsusi qeyd etmək lazımdır.

Xeyriyyə auksionunda yığılan pullar ehtiyacı olan uşaqlara kömək məqsədilə "UNICEF" təşkilatına veriləcək. "Bakcell" şirkəti "Mançester Yunayted"in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya partnyoru olaraq, 2.6 milyondan çox "Bakcell" müştərisi və xüsusilə də "Mançester Yunayted" azarkeşlərinə geniş çeşiddə xüsusi və eksklüziv kontenti təqdim edir.

RƏVAN



Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024