12px13px15px17px
Tarix:26/04/13

Antivirus məhsullarının aşkar etmədiyi zərərli proqram təminatı brauzer vasitəsilə sistemi virusa yoluxdurur

Ənənəvi antivirus məhsulları böyük sayda zərərli proqram təminatını aşkar edə bilmir.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, kibertəhlükəsizlik məsələləri ilə məşğul olan "Palo Alto Networks" şirkəti korporativ şəbəkələrdə yayılmış yeni zərərli proqram təminatı haqqında "Modern Malware Review" adlanan analitik hesabat dərc edib.

Ekspertlərin sözlərinə görə, ənənəvi antivirus məhsulları şəbəkəni real vaxt rejimində işləyən, həmçinin brauzer vasitəsilə yoluxduran böyük sayda zərərli proqram təminatını aşkar edə bilmir. Daha dəqiq, antivirus məhsulları "qurban"ın kompüterinə brauzer və ya proksi vasitəsilə düşən zərərli proqram nümunələrinin 94%-ni aşkar edə bilmir.

Tədqiqatçılar bildiriblər ki, sistemi zərərli proqram təminatı ilə yoluxdurmağın ən səmərəli metodu "FTP" sayılır. Zərərli proqramların 95%-i "FTP" vasitəsilə şəbəkəyə düşür və 30 gün ərzində antivirus məhsulları tərəfindən aşkar edilmir. Bütövlükdə "Palo Alto Networks" şirkətinin ekspertləri təhlükəsizlik sistemindən "qaçmaq" üçün 30 müxtəlif metod aşkar ediblər.

Emil Hüseynov



Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024