12px13px15px17px
Tarix:26/04/13

Azərbaycanda açıq təhsil resursları yaradılacaq

Azərbaycan müəllif hüquqları agentliyi Təhsil Nazirliyi ilə birgə açıq təhsil resursları yaratmağa hazırlaşır. "ICTnews" xəbər xidmətinin məlumatına əsasən, müəllif hüquqları agentliyinin sədri Kamran İmanov bildirib ki, bu layihə çərçivəsində tələb olunan bütün razılaşmalar və lisenziyalar mövcuddur və onlar müxtəlif kitabların müəlliflərinin hüquqlarının qorunmasını təmin edir.

Qeyd edək ki, təhsildə kompüter şəbəkələrinin istifadəsi gələcəkdə ümumdünya vahid təhsil məkanı yaratmağa imkan verir. Müasir baxışlara uyğun olaraq bu məkan özündə çox sayda təhsil ocaqlarını, təhsil ocaqlarının internetə qoşulmuş kompüter şəbəkələrini, vahid məlumat bazasını və vahid bilik bazasını, təlim metodikaları materiallarının hazırlanması üzrə standartlaşdırılmış alətlər, elektron kitabxanalar, kataloqlar və ilkin mənbə axtarış vasitələrini birləşdirəcək.

Nəticədə insanlar dünyanın istənilən təhsil ocağında, yaşından, akademik dərəcəsindən asılı olmayaraq individual plan əsasında təhsil almaq imkanı əldə edəcək. Açıq təhsil sisteminin əsas məqsədi individiumun, cəmiyyətdə komfort yaşaması ilə yanaşı, ona tələb olunan əmək potensialını, bilikləri və bacarıqları əldə etməklə azad inkişafını təmin etməkdir.

Bu, insanlara ali təhsildən sonrakı akademik səviyyəsini artırmağa, yeni ixtisas üzrə təhsil almağa imkan verir, və akademik mobillik adlanır.

Aynur Vəliyeva



Baxış sayı: 972

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024