12px13px15px17px
Tarix:29/04/13

5 il sonra formasını dəyişən smartfonlar dünyanı fəth edə bilər

Kvins Universitetində çalışan kanadalı tədqiqatçılar "MorePhone" adlanan yeni smartfon hazırlayıblar. Sözügedən cihazlar öz formasını dəyişdirə bilər. "ICTnews.az" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, bu cihazlar ənənəvi smartfonlardan fərqlənir.

O, Britaniyanın "Plastic Logic" şirkətinin elektron kağız texnologiyası üzrə işlənib hazırlanmış nazik elastik ekrandan düzəldilib. "MorePhone" smartfonu doktor Roel Verteqaal və onun iki tələbəsi tərəfindən hazırlanıb. Qurğu bütövlükdə və ya onun hər hansı bir küncü əyilə bilər. Hər bir künc müəyyən mesajların qəbulu üçün sazlana bilər.

Məsələn, yuxarı sağ künc SMS mesajların, aşağı sağ künc isə elektron poçtun qəbulu üçün əyiləcək. "MorePhone" smartfonunun yaradıcıları əmindirlər ki, gələcək elastik mobil aparatlarla bağlıdır. İlk belə qurğular 5-10 il sonra bazarda peyda olacaq.

Emil Hüseynov



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024