12px13px15px17px
Tarix:29/04/13

“Google” startap üçün 30 milyon dollar xərcləyib

“Google” korporasiyası rəqiblərindən geri qalmayaraq “Wavii” startapını satın alıb. İnternet nəhəngi sözügedən startapdan ötrü 30 milyon dollarından keçməli olub.

"Wavii” artıq “Google” komandasının bir hissəsidir. Tətbiq daha əvvəlki kimi işləməyəcək, lakin biz internet nəhənginin başladığı işi davam etdirərək xidmətin milyonlarla insan üçün faydalı olmasını təmin edəcəyik” – bu barədə “Wavii” tətbiqinin saytında yazılıb.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, daha öncə “Apple” korporasiyası “Wavii” startapını satın almaq niyyəti haqqında bildirmişdi. Şirkət adıçəkilən startapın köməkliyilə “Siri” səs köməkçisini təkmilləşdirmək istəyirdi.

Xatırladaq ki, “Wavii” startapı öz işinə 1 il əvvəl başlayıb və yalnız bu yaxınlarda öz diqqətini mobil sektora kökləməyə başlayıb. Sözügedən startapın tətbiqi uzun məqalələrin strukturlaşdırılması üçün semantik təhlildən istifadə ilə seçilir və istifadəçilərin maraqlarına əsaslanaraq fərdi xəbər seçimləri edir.

Emil Hüseynov



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024