12px13px15px17px
Tarix:30/04/13

“Google”: 2029-cu ilədək süni intellekt yaradılacaq

"Google" şirkətinin texniki direktoru Rey Kursveyl bu yaxınlarda bildirib ki, şirkətin mütəxəssisləri hazırda tam dəyərli süni intellektin yaradılması üzərində işləyirlər. Söhbət özü öyrənə, daxil olan informasiyanı müstəqil təhlil edə bilən kompüter sistemindən gedir.

İlkin proqnoza əsasən, sözügedən sistemin tam versiyası 2029-cu ilin sonunadək işıq üzü görə bilər. "ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, süni intellektdən, ilk növbədə, "Google" axtarış sisteminin işinin səmərəliliyini artırmaq üçün istifadə etmək planlaşdırılır.

Emil Hüseynov



Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024