12px13px15px17px
Tarix:01/05/13

Planşetlər populyarlığını itirəcək?!

"BlackBerry" şirkətinin direktoru Torsten Heyns "Bloomberg" internet nəşrinə verdiyi müsahibəsində deyib ki, istifadəçilər 5 il sonra planşet kompüterlərindən istifadə etməyəcəklər.

Onun sözlərinə görə, planşetlər yaxşı biznes modeli sayılmır, buna baxmayaraq o, böyük ekranla təchiz edilmiş qurğuların populyarlıq əldə edəcəyini istisna etməyib. 2011-ci ildə "RIM" şirkətinin təqdim etdiyi "PlayBook" planşetinin qeyri-populyarlığı bu tendensiyanı əks etdirib. O zaman şirkət 485 milyon həcmində zərərə məruz qalmışdı. Lakin "IDC" analitik şirkətinin proqnozuna əsasən, plaşetlərin populyarlığı, əksinə artır.

Analitik şirkətinin məlumatlarına əsasən, 2012-ci ildə dünyada dünyada 120 milyon planşet satılıb. 2013-cü ildə planşet kompüterlərinin satış həcmi 172.4 milyon, 2016-cı ilədək sözügedən qurğuların qlobal bazarının həcmi 282.7 milyon olacaq.

Emil Hüseynov



Baxış sayı: 360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020