12px13px15px17px
Tarix:01/05/13

Regionlarda hər 100 abunəçidən 20,2-si genişzolaqlı xidmətlərdən istifadə edir

"Aztelekom" İstehsalat Birliyi tərəfindən regionlarda kənd şəbəkəsinin birləşdirici xətlərinin optik kabellərlə təchiz edilməsi istiqamətində işlər davam etdirilir.

Bu ilin ilk rübündə bu məqsədlə 224 km FO kabeli çəkilib. Vətəndaşların telefon rabitəsinə və multimedia xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Yardımlı, Ağstafa, Kürdəmir, Goranboy, Yevlax, Ağdaş, Zaqatala rayonlarında və Mingəçevir şəhərində ümumi tutumları 11 yeni EATS quraşdırılıb. Əsas telefon aparatlarının sayının 2917 ədəd artımı təmin edilib.

Bundan başqa, Birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 19 faiz artaraq 136 mini keçib. Hazırda hər 100 ailədən 11,8-i, hər 100 abunəçidən 20,2-si genişzolaqlı xidmətlərin istifadəçisidir. Hər 100 abunəçiyə düşən genişzolaqlı xidmət istifadəçilərinin sayına görə Sumqayıt və Gəncədə ən yüksək göstərici qeydə alınıb.

Bundan başqa, genişzolaqlı internetdən istifadənin stimullaşdırılması məqsədilə "Birinci ay qoşul, ikinci ay pulsuz", "3 ay əvvəlcədən ödə, 4 cü ay pulsuz", sürətin iki dəfə artırılması, "4096 kbit/san sürətli internetə qoşulan hər istifadəçiyə əvvəlcədən ödəniş kartı (TAC kart) hədiyyə" və s. kimi kampaniyalara start verilib.

Genişzolaqlı xidmətlərin tətbiqinin genişləndirilməsi, abunəçilərin xidmətə daha asan qoşulmalarının təmin olunması üçün Birliyin strukturunda Marketinq və Xidmətlərin Satışı Şöbəsinin bazasında Marketinq Satış Departamenti yaradılıb, struktur müəssisələrində də texniki və xidmət personalından ibarət marketinq qrupları təşkil edilərək fəaliyyətə başlayıb.

Ağdaş, Astara, Göygöl, Hacıqabul, İsmayıllı və Tərtərdə 10 yaşayış məntəqəsinin fiziki xətlərlə telefonlaşması ilə əlaqədar bu məntəqələrdə istismar olunan peyk terminalları istismardan çıxarılıb.

Rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 673 mini ötüb.

RƏVAN



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024