12px13px15px17px
Tarix:01/05/13

Ölkədə biometrik xidmətlər göstəriləcək

Azərbaycanın İT şirkətlərindən olan "Ultra" özünün beynəlxalq əlaqələrini və xidmət sferasını genişləndirir. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Ultra" ilə Latviyanın "DPA" şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.

"Ultra" şirkətinin yaydığı xəbərə görə, memorandumda qəbul olunan planlara əsasən Azərbaycanda biometrik xidmətin göstərilməsi və biometrik həllərin tədbiq olunmasında iki korparasiya arasında bilik və təcrübə mübadiləsi aparılacaq.

Biometrik xidmətin göstərilməsi istiqamətində böyük təcrübəsi olan «DPA»nın əməkdaşları ilə fikir mübadiləsi aparılıb və sözügedən layihənin Azərbaycanın İT sahəsinə hansı tövhələr verəcəyi müzakirə olunub.

Məlumat üçün bildirək ki, Latviyanın "DPA" şirkəti 1997-ci ildə yaradılmış və hazırda Baltikyanı ölkələrinin tanınmış şirkətlərindən biri hesab olunur. "DPA "dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən "L-1 Identity Solutions" biometrik texnologiyasını təqdim edir. Bu sistem şəxsiyyətin tanınması üçün məlumatları yüksək səviyyədə identifikasiya etməyə şərait yaradır.

SEYMUR



Baxış sayı: 990

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024