12px13px15px17px
Tarix:02/05/13

Dövlət provayderləri internet xidmətləri bazarında paylarını artırıblar

Azərbaycan internet xidmətləri bazarında ilin əvvəlindən bu günə kimi vəziyyət, demək olar ki, dəyişməyib.

“Delta Telecom” şirkətinin saytda yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı 1%-dək artaraq 25% təşkil edib.

Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan “Aztelekom”, “Uninet” və “Azeronline” şirkətləri kəskin rəqabəti davam etdiriblər. Son aylar ərzində “Aztelekom”un bazar payı da artaraq 16% təşkil edib, “Uninet”in payı 12,05% qalıb, “Azeronline”-nın – 9,3%, “Connect”in – 6%, “Dataplus”un – 6,3% olub. Onların ardınca 4,4% bazar payı ilə “Azqtel”, 2,4% –“Adanet”, 2,3% –“Ultel”, 2,3% - “Azstarnet”, 1,7% -Smart,1,7% - “Avirtel”, 1,5%- “Azeurotel”, 1,53% - “Castel”, “Azstatenet”in payı həmişəki kimi 1,27% təşkil edib. Digər provayderlər bazarda çox kiçik paya malikdirlər – 0,01–1,21% ətrafında.

Qeyd edək ki, ötən ilin sonundan etibarən “Orbit.az”, “Q-telecom”, “Meqatelecom”, “Globalnet”, “Eurotelecom” kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.

Aynur Vəliyeva



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024