12px13px15px17px
Tarix:02/05/13

“iPhone” istifadəçiləri artıq öz telefonlarını təmir etmək və ya onlara detal almaq imkanından məhrum olacaqlar

Bu ilin iyun ayından etibarən birinci nəsil "iPhone" istifadəçiləri artıq öz telefonlarını təmir etmək və ya onlara detal almaq imkanından məhrum olacaqlar.

"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, "Apple" birinci "iPhone" qurğusunu, eyni zamanda 2005-2007-ci illərdə buraxılmış kompüter və noutbuk modellərinin dəstəklənməsini dayandıracaq. Bu, 2013-cü ilin iyunun 11-də baş verməlidir. "Apple" şirkətinin qaydalarına əsasən, 5 il bundan öncə istehsalı dayandırılmış qurğular "köhnəlmiş" və ya "istifadədən çıxarılmış" statusunu alırlar.

Yəni bu müddətdən sonra rəsmi "Apple" dükanlarında onları təmir etmək və ya onların detallarını almaq olmayacaq. "iPhone" 2007-ci il yanvarın 9-da təqdim edilib, iyunun 29-da isə satışa çıxarılıb və bununla ABŞ smartfon bazarının çox hissəsini fəth edib.

"Apple" 2008-ci il iyunun 10-da "iPhone 3G"-nin ikinci modelini buraxıb.

Aynur Vəliyeva



Baxış sayı: 910

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024