12px13px15px17px
Tarix:04/05/13

“118” Məlumat - sorğu xidməti vasitəsilə ətriyyat sifariş etmək mümkündür

“118” Məlumat - sorğu xidməti yeni “Ətriyyat sifarişi” xidmətini istifadəçilərinin ixtiyarına verib.

“ICTnews” elektron xəbər xidmətinin adıçəkilən xidmətə istinadən verdiyi məlumata görə, indi bayram və ad günlərində, həmçinin digər xüsusi günlərdə ətir sifariş etmək üçün sadəcə olaraq “118” qısa nömrəsinə müraciət etmək kifayətdir.

Müştərilər xidmətin partnyoru “Parfum City” şirkəti tərəfindən təqdim olunan 2500 çeşiddə ətir arasından seçim etdikdən sonra məhsul qısa zaman ərzində istənilən ünvana çatdırılır.

Bundan əlavə, müştərilər 50 AZN və yuxarı qiymətə sifariş edilən hər bir ətir üçün “Parfum City”dən pulsuz bağlama və eksklüziv hədiyyə əldə etmək imkanı qazanırlar.

CAHANGİR



Baxış sayı: 800

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024