12px13px15px17px
Tarix:06/05/13

Nağdsız ödənişlərlə bağlı təkliflər paketi hökumətə təqdim olunub

Azərbaycan Vergilər Nazirliyi ölkədə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketini hazırlayaraq hökumətə təqdim edib. Bu barədə Vergilər Nazirliyində keçirilən geniş kollegiya iclasında nazir Fazil Məmmədov bildirib.

F.Məmmədov qeyd edib ki, dövalət başçısı qeyri-neft sektorunun inkişafı, vergitutma bazasının genişləndirilməsi, nağdsız ödənişlərin tətbiqi və elektron xidmətlərdən istifadə imkanlarının artırılması, vətəndaş müraciətlərinə baxılmasının vacibliyi və s. məsələlərlə bağlı konkret göstərişlər verib. Prezidentin Vergilər Nazirliyi və digər qurumlar tərəfindən yığılan vəsaitlərin cari büdcə xərclərinin bağlanmasına kifayət etməsi üçün büdcə gəlirlərinin artırılmasının vacibliyi ilə bağlı tapşırıqlarını xatırladan nazir bildirib ki, ötən dövrdə vergi orqanlarının əsas fəaliyyəti məhz bu tapşırığın icrası istiqamətində qurulub. Nəticədə, son iki ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 39,5% artıb.

İclasda vergilər nazirinin müavini Sahir Məmmədxanov 2012-ci il və 2013-cü ilin I rübü üzrə fəaliyyətin yekunları ilə bağlı hesabat məruzə ilə çıxış edərək vergitutma bazasının genişləndirilməsi, vergi nəzarətinin səmərəliliyinin yüksəldilməsi, vergi hüquqpozmalarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, vergi inzibatçılığında İKT-nin tətbiqi üzrə görülmüş işlərlə bağlı geniş məlumat verib.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov isə Nazirliyin sistemində tədris və təlimin vəziyyəti, problemlər və perspektivlər barədə çıxış edib.

İclasa yekun vuran vergilər naziri F.Məmmədov 2013-cü il və növbəti illərin dövlət büdcəsi üzrə proqnozların icrası baxımından «Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi barədə qanunun tətbiqi barədə» fərmanla Vergilər Nazirliyinə verilmiş tapşırıqların mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nazir qeyd edib ki, həmin fərmanda nəzərdə tutulan tapşırıqların icrası məqsədilə artıq bir sıra işlər görülüb, o cümlədən nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflər paketi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Vergilər naziri vergi sisteminin inkişafı üzrə yaxın və orta perspektivdə inkişaf planlarına toxunaraq bildirib ki, «Azərbaycan - 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası vergi orqanlarının da qarşısında ciddi vəzifələr müəyyən edib.

Bununla bağlı, Nazirliyin 2013-2020-ci illər üçün təsdiq edilmiş strateji plan çərçivəsində 22 istiqamət üzrə tədbirlər həyata keçiriləcək. Vergilər naziri qarşıda duran məsələlərin icrası ilə bağlı əlaqədar strukturlara konkret göstərişlər verib.



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024