12px13px15px17px
Tarix:04/08/11

“Balacalara Kompyuter”

Mərkəzi ofisi Hollandiyada yerləşən “Balacalara Kompyuter” fondu (PCs4Kids Foundation) Azərbaycanda yeni layihənin həyata keçirilməsinə başlayıb. Layihənin məqsədi uşaqların həyatını zənginləşdirmək, onlara oynayarkən həm əylənmək, həm də öyrənmək imkanı yaratmaqdır.
Layihə çərçivəsində işlənmiş kompyuterlər toplanıb təmir ediləcək və işlək vəziyyətə gətirilərək internat evləri, qaçqın məktəblərinə paylanılacaqdır.
“Balacalara Kompyuter” layihəsi pul və kompyuterdən ibarət ianələr əsasında fəaliyyət göstərir. Maraqlanan şəxslər, şirkət və təşkilatlar istifadəsiz qalan kompyuterlərini kimsəsiz və ehtiyacı olan uşaqlara kömək məqsədi ilə ianə edə bilərlər. Ətraflı məlumatı “balacalara.com” veb-saytında əldə etmək olar.
“Balacalara Kompyuter” layihəsi UNICEF, Save the Children, United Aid for Azerbaijan (UAFA), Junior Achievement Azerbaijan (JAA), Center for Innovations in Education (CIE), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), AEGEE-Bakı Avropa Tələbələr Forumu təşkilatları ilə əməkdaşlıq edir.
Layihə “Bakcell”, Vorx Design Group, Fugro Caspian LTD, F.H. Bertling LTD Azərbaycan şirkətləri tərəfindən dəstəklənir.
2010-cu ilin oktyabr ayından start götürən layihəyə dünyanın müxtəlif ölkələrindən 80-ə yaxın könüllü qoşulub.



Baxış sayı: 2011

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020