12px13px15px17px
Tarix:10/05/13

“Rabitə dünyası” qəzetinin ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı nəşr olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzetinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə xüsusi buraxılışı nəşr olunub. Xüsusi buraxılışda ulu öndərin ölkəmizin inkişafı naminə gördüyü işlərdən, rabitə infrastrukturunun yaradılması istiqamətində həyata keçirdiyi mütərəqqi siyasətdən, ölkədə təmərküzləşən informasiya cəmiyyətinin məhz onun tərəfindən əsasının qoyulmasından geniş bəhs edilib.

Nəfis tərtibatda 24 səhifədən ibarət olan qəzetdə ümummilli liderin həyatı, ulu öndərin ömür-gün yoldaşı Zərifə xanım Əliyeva haqda dediyi sözlər, müdrik kəlamları, dünyanın tanınmış siyasi xadimlərinin ulu öndər haqda düşüncələri, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ümummilli lider haqda fikir və xatirələri, dahi şəxsiyyətin adını daşıyan Fondun (Heydər Əliyev Fondu) gördüyü işlər, bir zamanlar Heydər Əliyevlə birgə çalışmış şəxslərlə müsahibələrə geniş yer ayrılıb.

Nəşrdə qeyd olunub ki, dahi lider digər sahələrə olduğu kimi, rabitə sahəsinin inkişafına da böyük töhfələr bəxş etmişdir. Onun birinci və ikinci hakimiyyəti dövründə Azərbaycanda rabitənin inkişafı bərqərar olmuş və özünün intibah dövrünü keçmişdir. Xüsusi buraxılışın əsas hissəsini də ulu öndərin hakimiyyəti dövründə məhz rabitə və informasiya texnologiyaları sahəsində görülən işlər təşkil edib.

Ümummilli liderin birbaşa tapşırıq və göstərişlərinə əsasən ölkəyə ən son texnologiyalara əsaslanan avadanlıqların gətirilməsi, Azərbaycanda İT seqmentinin inkişafına hesablanmış beynəlxalq İT şirkət və müəssisələrinin sərmayə qoymağa təşviq edilməsi, eləcə də, sektor üzrə yeni şirkətlərin yaradılması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə bir neçəsidir.

Eyni zamanda, nəşrdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun ulu öndərlə bağlı məqaləsi dərc olunub.



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa