12px13px15px17px
Tarix:06/05/13

Aprel ayında ən çox hansı elektron xidmətdən istifadə olunub?

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) aprel ayı ərzində "Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan elektron xidmətlərin növbəti siyahısını ictimaiyyətə təqdim edib.

Mərkəzdən verilən məlumata görə, RİTN-in "Telefon nömrəsi üzrə axtarış" xidməti aprel ayında istifadəçilərin daha çox müraciət etdiyi əsas xidmətlərdəndir. Belə ki, bu xidmətlə bağlı sayta 21143 giriş olub.

Bundan əlavə, daha 7 elekton xidmətin daxil olduğu siyahıda Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilən 4 xidmət – "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (6134),"Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi" (6026), "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" (2265), "Pensiya kalkulyatoru" (1956), eləcə də Ədliyyə Nazirliyinin "Azərbaycan adları barədə məlumatın verilməsi" (1341), Daxili İşlər Nazirliyinin "PİN-ə görə fərdi məlumatların axtarışı" (1019) və "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" (672) və Təhsil Nazirliyinin "Diplomlar haqqında məlumatlar" (649) elektron xidmətləri yer alır.

CAHANGİR



Baxış sayı: 678

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024