12px13px15px17px
Tarix:07/05/13

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi genişmiqyaslı “Mən Azərbaycanlıyam” onlayn müsabiqəyə başlayır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "Mən Azərbaycanlıyam" onlayn müsabiqəyə başlayır.

"Heydər Əliyev-90" Tədbirlər Planı çərçivəsində həyata keçirilən müsabiqə barədə nazirliyin İnformasiya Cəmiyyətinin şöbə müdiri İsbəndiyar Əliyev məlumat verib. Onun sözlərinə görə, bu gün ölkədə keçirilən çoxsaylı müsabiqələrdən biri də Təhsil, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə reallaşan və Azərbaycan televiziyası ilə yayımlanan "Mən Azərbaycanlıyam" milli intellektual oyunudur:

"İl ərzində bu yarışa 400-dən çox gənc iştirakçı qatılır və hər həftənin qaliblərinə mükafatlar təqdim olunur. RİTN bu tədbirə geniş kütlənin cəlb olunması, gənclərin müsabiqədə fəallığını nəzərə alaraq, "Mən Azərbaycanlıyam" onlayn bilik yarışması elan edir və bu yarışmada gənclərimizi, ümumilikdə bütün cəmiyyətimizi fəal iştirak etməyə dəvət edir. Bunun üçün xüsusi sayt (http://menazerbaycanliyam.az) hazırlanıb". Hər bir iştirakçı sayta daxil olaraq, orada iştirak etmək hüququ qazana bilir:

"İştirak etmək üçün sadəcə qeydiyyatdan keçmək tələb olunur. Əgər iştirakçı qalib gələrsə, ona hədiyyəni təqdim etmək üçün müəyyən əlaqə nömrələri və elektron ünvandan istifadə olunur. İştirakçı ilk dəfə qeydiyyatdan keçməklə, artıq bilik yarışmasında oynamaq hüququnu əldə edir və oyunçu 11 suala cavab verməklə qalib gələ bilər. İlk sual çox sadədir və həmin suala cavab verən hər bir şəxs oyunun iştirakçısı olur. Oyunun iştirakçısı olduqdan sonra 3 kateqoriya üzrə suallar verilir və iştirakçı bu suallara cavab verdikdən sonra qalib olmaq hüququnu qazanır. Hər 10 gündən bir qaliblərin mükafatlandırılması nəzərdə tutulur. Hər 10 gündən bir ilk yüz qalib müəyyənləşir və ilk yüz qalibin ilk 10-na netbuklar hədiyyə olunacaq. Qalan 100 nəfərə isə mobil operatorlardan danışıq kartları hədiyyə olunacaq, eyni zamanda ayın qalibləri müəyyənləşəcək. 10 günün qalibləri əsasında ayın qalibləri müəyyən ediləcək və onlar da qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bilik yarışması iyun ayının 1-dən başlayaraq dekabrın 1-nə qədər davam edəcək və 6 ay ərzində 180 qalibi müəyyən məkana toplamaq fikrimiz var, eyni zamanda onlar müsabiqədə onlayn iştirak edərək ilin qalibi - super finalın qalibi olmaq hüququ qazanacaqlar. Super finalın qaliblərinə isə pul mükafatlarının təqdim edilməsi nəzərdə tutulur".

Həqiqət İSABALAYEVA



Baxış sayı: 1397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024