12px13px15px17px
Tarix:07/05/13

BSP-da fəaliyyət göstərmək üçün edilən müraciət forması elektronlaşdırılıb

Azərbaycanda tullantıların emalı sahəsində ilk sənaye parkı barədə ictimai məlumatlılığın artırılması və şəffaflığın təmin edilməsi məqsədilə Balaxanı Sənaye Parkının (BSP) rəsmi internet səhifəsi (www.bsp.az) Azərbaycan və ingilis dillərində istifadəyə verilib.

BSP –dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, səhifədə sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilib. Bundan əlavə, potensial rezidentlər BSP-da fəaliyyət göstərmək üçün Parkın rəsmi internet səhifəsində yerləşdirilmiş elektron qeydiyyat forması vasitəsilə müraciət edə bilərlər. Artıq bir sıra yerli və xarici şirkətlərlə əlaqələr qurulub.

Türkiyə, İsrail, Almaniya, Cənubi Koreya, Latviya, Portuqaliya, İtaliya kimi ölkələrin təkrar emal sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə danışıqlara başlanıb.

Şirkətlər Balaxanı Sənaye Parkının hədəf sənayeləri olan plastik, təkər, elektrik və elektron avadanlıqlar, akkumulyator, əlvan metal, kabel və digər tullantıların emalı sahələrinə maraq göstərirlər.

Xatırladaq ki, Balaxanı Sənaye Parkı "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında"Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamına əsasən yaradılmışdır.

Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesini inkişaf etdirməkdir.

SEYMUR



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024