12px13px15px17px
Tarix:07/05/13

“Window 8” əməliyyat sisteminin nə qədər surəti satılıb?

"Microsoft" korporasiyası "Windows 8" əməliyyat sisteminin (ƏS) istifadəyə verilməsindən ötən 6 ay ərzində 100 milyon surət satmağa müvəffəq olub. Bu barədə korporasiyanın rəsmi bloqunda onun marketinq və maliyyə direktoru Tami Reller məlumat verib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecuritry.ru" saytına istinadən bildirir ki, "IDC" və "Gartner" şirkətinin analitikləri bildiriblər ki, "Microsoft" korporasiyasının iddialarına baxmayaraq, "Windows 8" ƏS-i bazarda gözlənildiyi kimi səs-küy yarada bilməyib və yeni kompüterlərin satış həcmi azalıb.

"Microsoft" korporasiyasının rəqibləri bildiriblər ki, şirkət gözlənilən məhsulu təqdim edə bilmədi və "Windows 8" ƏS-nin tempi, hətta "Windows 7"-dən geri qalır.

Emil Hüseynov



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024