12px13px15px17px
Tarix:07/05/13

Estoniya ilk peykini orbitə buraxıb

Bu il mayın 6-da yerli vaxtla saat 23:06-da Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan “Vega” Avropa raket daşıyıcısı işə salınıb.

Avropa Kosmik Agentliyinin (AKA) press-relizinə əsasən, raket Estoniyanın “ESTCube-1” adlanan ilk, Avropanın “Proba-V” və Vyetnamın “VNREDSat-1A” peyklərini müvəffəqiyyətlə orbitə çıxarıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Estoniyanın ilk peykinin çəkisi 1 kiloqramdır və “İnterfaks” agentliyinin informasiyasına əsasən, o, Latviya, Litva, Almaniya və ukraynalı tələbələr, həmçinin eston, fin və almaniyalı alimlərlə əməkdaşlıq çərçivəsində eston tələbələri tərəfindən yaradılıb.

Peyk fin alimi Pekka Yanxunen tərəfindən yaradılmış elektrik yelkənlə təchiz edilib. Gələcəkdə bu cür qurğular vasitəsilə peyki orbitdən geri qaytarmaq planlaşdırılır.

Emil Hüseynov



Baxış sayı: 641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024