12px13px15px17px
Tarix:08/05/13

Nazir “Türk Telekom”un baş direktoru ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin telekommunikasiya şirkəti olan “Türk Telekom”un baş direktoru Tahsin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nazir bildirib ki, son dövrlər “Türk Telekom” şirkəti tərəfindən müasir texnologiyaların tətbiqi və yeni xidmətlərin bazara təqdim edilməsi sahəsində görülən işlər digər ölkələr üçün də nümunədir. Əli Abbasov ölkələrimiz arasında mövcud qardaşlıq və strateji əməkdaşlığın gücləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən də “Türk Telekom”un özünəməxsus payı olduğunu vurğulayıb.

Öz növbəsində ölkəmizdə genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi ilə bağlı aparılan tədbirləri yüksək qiymətləndirən Tahsin Yılmaz isə Azərbaycanda yerli kontentin formalaşdırılması, həmçinin telekommunikasiya şəbəkəsinin genişlənməsi, yeni xidmətlərin təqdim edilməsi sahəsində öz təcrübələrini paylaşmağa hər zaman hazır olduqlarını vurğulayıb.

O, eyni zamanda Türkiyənin “elektron hökumət”, elektron səhiyyə, elektron təhsil və s. istiqamətlərdə apardığı işlərə də toxunaraq, Azərbaycanın təhsil sahəsində “Türk Telekom”un “Vitamin” təhsil proqramının lokallaşdırılmasının müsbət təcrübə olacağını qeyd edib.

“Türk Telekom”un Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) Konsorsiumunun formalaşmasında ilk operatorlardan biri olduğunu da xatırladan Tahsin Yılmaz layihənin gerçəkləşməsinin Avropa ilə Çin arasında elektron ticarətin, internet kontentlərinin inkişafına gətirib çıxaracağına, bunun isə türkdilli ölkələr, xüsusən də Türkiyə ilə Azərbaycan üçün faydalı olacağını söyləyib.

“Türk Telekom”un bu istiqamətdə bütün iqtisadi imkanlarını səfərbər edəcəyini də deyən baş direktor gələcəkdə bununla bağlı Orta Asiya ölkələri ilə aparılan danışıqların intensivləşdiriləcəyini bildirib.



Baxış sayı: 1055

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024