12px13px15px17px
Tarix:04/08/11

“Web.com” şirkəti “Network Solutions” domen operatorunu alır

“Web.com” onlayn marketinq və xidmət şirkəti internetdə ən böyük domen operatorlarından biri olan “Network Solutions”i nağd və səhmlərlə 560 milyon dollara alır. Razılaşma şərtlərinə əsasən, “Web.com” 405 milyon dolları nağd və digər hissəsini isə səhmlərlə ödəyəcək.
“Web.com” şirkətinin baş direktoru Devid Braun bildirib ki, bu addım “Web.com”a “Network Solutions”dan 2 milyon pərakəndə və bir neçə yüz min topdansatış şəklində mal alan müştəri ilə birbaşa işləmək üçün imkan yaradır.
Şirkətin pullu müştərilərinin ümumi bazası hal-hazırda təxminən 3 milyon, domen bazası isə 9 milyona yaxınlaşır. “Network Solutions” şirkətinin ştatı təxminən 1900 əməkdaşdan ibarətdir.
Analitiklər bildiriblər ki, bu, “Web.com”a ən böyük dünya hosteri “GoDaddy” ilə rəqabət aparmağa icazə verir.
Qeyd edək ki, “Network Solutions” şirkətinin əsası 1979-cu ildə qoyulub və “General Atlantic” 2007-ci ildə şirkəti təxminən 800 milyon dollara satın alıb.



Baxış sayı: 1666

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024