12px13px15px17px
Tarix:13/05/13

Zaqatalada regional elmi-praktik konfrans keçirilib

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş "Əlavə təhsildə yeni model və mexanizmlərin tətbiqində informasiya -kommunikasiya texnologiyalarından istifadə" mövzusunda regional elmi - praktik konfrans keçirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının bir sıra məsul işçiləri, rayon təhsil şöbəsinin müdiri, YAP rayon təşkilatının sədri Habil Qurbanov, Qax, Balakən və Zaqatala rayonlarının qabaqcıl müəllimləri və ictimaiyyət nümayəndələri də iştirak edibilər.

Tədbiri giriş sözü ilə filialın direktoru, fizika - riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev açaraq qeyd edib ki, Heydər Əliyevin apardığı geniş strateji islahatlar nəticəsində Azərbaycan elminin və təhsilinin inkişafında yeni yollar açıldı, ali məktəblərin fəaliyyəti yeni dövrün tələbləri səviyyəsində qurulub.

Ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas istiqamətlərindən biri də informasiya texnologiyalarının tətbiqidir.

Qeyd olunub ki, dövlət başçısı İlham Əliyevin 2008-ci il 10 iyun tarixində imzaladığı "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı " müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə vahid ümummilli təhsil sisteminin yaradılması məqsədinə xidmət edib.

Daha sonra rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov "Zaqatala təhsili islahat yollarında ", Balakən RTŞ-nin metodkabinetin müdiri Məryəm Qarayeva "Təhsil millətin gələcəyidir" adlı maraqlı məruzələr ilə çıxış ediblər.

Sonra filialın tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Füzuli Səddinov "Ucqar kənd yerlərinin pedaqoji kadrlarla təminatı, imtiyazlar, kompensasiyalar" mövzusunda çıxış etdi. Konfransın gedişi "Əlavə təhsildə yeni təlim texnologiyalarının tətbiqində İKT-nin rolu" və "Əlavə təhsildə kompyuter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi yolları" adı altında iki bölmə üzrə aparılıb.

"Əlavə təhsildə yeni təlim texnologiyalarının tətbiqində İKT-nin rolu" bölməsi filialın əlavə təhsil üzrə direktor müavini Lalə Qurbanovanın sədrliyi ilə, "Əlavə təhsildə kompyuter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi yolları" bölməsi isə filialın tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Füzuli Səddinovun sədrliyi ilə aparılıb.

Qax rayonu 4 saylı məktəbin informatika müəllimi Rübayil Əfəndiyevanın "İnteraktiv təlimin xüsusiyyətləri, mexanizmləri və üstünlükləri" adlı məruzəsi diqqəti cəlb edib. Bundan başqa, Qax rayon 5 saylı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Sevda Abidova, Nərminə Abdullayeva, Mehriban Kazımova və digər müəllimlər maraqlı məruzələrlə çıxış etdilər. Tədbirin sonunda konfransda iştirak edən müəllimlərin bir qrupu fəxri fərmanlarla mükafatlandırılıb.



Baxış sayı: 1888

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024