12px13px15px17px
Tarix:14/05/13

ABŞ-da iri energetika şirkətlərinin kompüter şəbəkələrinə haker hücumlarının sayı artıb

ABŞ-da iri energetika şirkətlərinin kompüter şəbəkələrinə qarşı həyata keçirilmiş haker hücumlarının sayı artıb. Kibertəhlükələrin mənbəyi, güman ki, Yaxın Şərqdə yerləşir, hərçənd dəqiq təyin etmək mümkün olmayıb, “Nyu-York tayms” qəzeti yazıb.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri bildiriblər ki, indiki halda söhbət casusluqdan deyil, istehsal proseslərinin işini pozmağa hesablanmış fəaliyyət və şirkətin idarə sistemi üzərində nəzarətin qurulmasından gedir.

Hakerlərin bu fəaliyyətinin dövlət səviyyəsində və ya ayrı-ayrı kriminal qrupların işi olduğu hələlik məlum deyil.

Emil Hüseynov



Baxış sayı: 354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020