12px13px15px17px
Tarix:14/05/13

“Twitter” şəbəkəsində daha maraqlı reklam yaradılacaq

"Twitter" mikrobloqinq şəbəkəsi məlumatlarla işləmək üçün nəzərdə tutulmuş analitik həllərin istehsalında ixtisaslaşan "Lucky Sort" şirkətini alıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bununla "Twitter" şirkəti öz istifadəçiləri haqda daha dərin biliklər əldə etmək və saytda daha məqsədli reklam kampaniyaları yaratmaq niyyətindədir. "Lucky Soft"un saytında bildirilir ki, şirkətin texnologiyaları böyük həcmdə sənədlərlə işi asanlaşdırmaq, analitik hesabatlar hazırlamaq, məlumatların vizualizasiyası və həllərin qəbulunun dəstəklənməsi üçün yaradılıb.

Şirkət qeyd edir ki, "Lucky Sort"ın həlləri, korporativ proqram təchizatçılarından fərqli olaraq istifadədə daha asandılar və daha eleqant xarici görünüşə malikdirlər. "Twitter" şəbəkəsi "Lucky Sort" şirkətinə nə qədər vəsait ödədiyini və yeni analitik həlləri necə istifadə edəcəklərini bildirmir.

Lakin məlumdur ki, "Twitter" komandasına daxil olduqdan sonra məhsullarını avtonom həllər kimi təqdim edə bilməyəcək. "Lucky Sort"un bəyanatında bildirilir ki, şirkətin personalı müştərilərə müqayisəli həllərə keçməkdə kömək edəcək, amma şirkətin gələcəyi "Twitter" sahəsi ilə bağlıdır.

Aynur Vəliyeva



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024