12px13px15px17px
Tarix:14/05/13

"Kasperski Laboratoriyası” şirkəti “Qualcomm”a mobil sahədə əməkdaşlıq təklif edir

Rusiyalı antivirus vendoru "Kasperski Laboratoriyası" mobil çiplərin istehsalçısı "Qualcomm" şirkəti ilə "aşağı səviyyə"də müasir smartfonların informasiya mühafizəsinin təmin edilməsi haqda saziş imzalayıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, antivirus şirkətində bildiriblər ki, "Qualcomm"a "Kaspersky Mobile Security" və "Kaspersky Tablet Security" məhsullarının "Qualcomm Snapdragon" prosessorları əsasında işləyən "Android"-qurğularında qabaqcadan quraşdırılması üçün "xüsusi şərtlər" təklif ediblər.

"Kasperski Laboratoriyası" şirkətinin texniki direktoru Nikolay Qrebennikov deyir ki, gündəlik həyatda mobil qurğuların rolu və əhəmiyyəti artır və istehsal məhsullarının mobil təhdidlərdən mühafizəsi haqda düşünməyə maneə olmur.

"Biz mobil dünyada bəzi vendorlarla münasibətlər qurmağa çalışırıq, onlardan biri "Qualcomm"dur, biz onlarla əməliyyat sisteminin aşağı səviyyəsində təhlükəsizlik həllərinin inteqrasiyası haqda danışıqlar aparırıq", - deyə Qrebennikov bildirib. "Misal üçün, istehsalçılar, hər birisi ayrı-ayrılıqda ziyanverici olmayan, bir neçə ardıcıl zəncirdən ibarət olan və sonda ziyanverici funksionalın daşıyıcısı olan, ziyanverici hücumlardan qoruya bilmirlər", - o deyib.

N. Qrebennikovun sözlərinə əsasən, "Kasperski Laboratoriyası" fevralda "Qualcomm"un nümayəndələri ilə görüşüb və təqdimat keçirib. "Qualcomm" bir neçə mümkün ola bilən əməkdaşlıq ssenarisi təklif edib, o cümlədən, istifadəçi məlumatları kənar təcrid edilmiş mühitdə, müasir "bulud" texnologiyalarının istifadəsi ilə. "Kasperski Laboratoriyası" bildirib ki, əməkdaşlıq hələ ilkin mərhələdədir.

Aynur Vəliyeva



Baxış sayı: 651

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024