12px13px15px17px
Tarix:14/05/13

Azərbaycanda mobil telefonlar sferasında e-ticarət genişlənir

Azərbaycanda mobil telefonların internetlə sifarişinə başlanılıb. "ICTnews" xəbər xidmətinin məlumatına görə, “MobiTel” şirkəti alıcıların rahatlığını düşünərək yeni xidmət təklif edib.

Belə ki, artıq internet vasitəsilə qiyməti 100 manatdan yuxarı olan istənilən telefonu və eləcə də telefon aksesuarlarını sifariş etmək mümkünləşib. Məlumat üçün bildirək ki, mobil telefon aksesuarları ancaq telefona əlavə olaraq satılır.

Sifariş vermək istəyənlər “MobiTel.az” saytının "Model sırası"nda istənilən modeli seçib, "Sifariş et" düyməsini işə salaraq, oradakı xanaları doldurmalıdırlar. Bundan sonra şirkətin nümayəndəsi sifarişçi ilə əlaqə yaradaraq verilən sifarişi təsdiqləyir və telefon onun ünvanına çatdırılır.

Amma bu xidmət yalnız Bakı şəhərini əhatə edir.

SEYMUR



Baxış sayı: 1083

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024