12px13px15px17px
Tarix:14/05/13

İnsanlar iyun-avqust aylarında elektron xəritədə daha çox istirahət zonalarını və ictimai-iaşə obyektlərini axtarırlar

Yay mövsümü yaxınlaşdıqca hər bir ölkə sakini asudə vaxtını planlaşdırır. Bu planlarda ölkədaxili səyahət mərkəzi yerlərdən birini tutur. Buna görə də Azərbaycanın elektron xəritəsi ölkə daxilində səyahəti planlaşdıranlar üçün effektiv bir alətdir.

Gürcüstanın da elektron xəritəsinin olması Azərbaycan sakinləri üçün məzuniyyətin və ya həftəsonu istirahətin təşkilində əlavə imkanlar yaradır. Statistika göstərir ki, "Gomap.az"-da istifadəçilərin axtarışları mövsümə və fəaliyyət aktivliyinə görə daimi olaraq dəyişir. Belə ki, iyun-avqust aylarında axtarışlar ən çox istirahət zonalarını və ictimai-iaşə obyektlərini əhatə edir.

İstifadəçilər respublika ərazisində öz istirahətlərini planlaşdırmaq üçün regionlar üzrə axtarışlar edir, avtomobillə marşrut planını "Gomap.az" vasitəsilə hazırlayır.

Qeyd etmək lazımdır ki, statistikaya görə, "Gomap.az"-a istifadəçilərin 89%-i Azərbaycandan daxil olur. İstifadəçilərin 11%-i isə Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Gürcüstan, Almaniya, Çin və s. xarici ölkələrdəndir. "Gomap.az"-da Gürcüstanın elektron xəritəsinin yerləşdirilməsi bu ölkədən olan istifadəçilərin sayını dəfələrlə artırmışdır. Səyahətçilər üçün "Gomap.az" aşağıdakı imkanları yaradır:

• Azərbaycan və Gürcüstan üzrə birsətirli universal axtarış sistemi,

• Hər bir obyekt haqda tam məlumat almaq, rəy yazmaq, reklam sifariş etmək, reytinq qoymaq, şəkil əlavə etmək və s. üçün ayrıca interfeys,

• "Mənim obyektlərim" funksiyasından istifadə edərək hər kəs öz xəritəsini yarada bilər,

• "Xəritədə göstər" funksiyasının köməyi ilə xəritə üzərinə tipindən asılı olaraq obyektlərin ikonlarının çıxarılması yolu ilə vizual axtarış sistemi,

• "Xəritələr" funksiyasının köməyi ilə saytda alternativ xəritə kimi başqa xəritələrin də istifadə oluna bilməsi imkanı,

• Müxtəlif faydalı məlumatlar (indekslər, tel. kodları, viza rejimi, avtomobil kodları və s.) almaq imkanı.

• Xəritə üzərində bir məntəqədən digər məntəqəyə, bir neçə aralıq məntəqələrdən keçməklə, avtomobil və ya piyada marşrutlarının qurulması funksiyası,

• Xəritə üzərində "Yaxınlıqda axtar" funksiyasının köməyi ilə ətrafda, müəyyən uzaqlıqda və müəyyən tiplər arasında axtarış aparmaq imkanı.

"Gomap.az" elektron xəritəsini Azərbaycanın internet məkanının ən texnoloji layihələrdən biri hesab etməklə yanaşı, onu azərbaycandilli internetin inkişafında yeni nəsil internet resurslarının "lokomotivi" kimi müəyyən etmək olar.

RƏVAN



Baxış sayı: 785

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024