12px13px15px17px
Tarix:15/05/13

Dövlət qulluğunda İKT-nin tətbiqi ilə bağlı Estoniya təcrübəsi ilə tanışlıq olub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi ilə birlikdə Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycanın müxtəlif dövlət orqanlarını təmsil edən dövlət qulluqçuları üçün “Komissiyanın veb-portalının yaradılması-müxtəlif verilənlər bazalarının əlaqələndirilməsi” mövzusunda təlim kursu təşkil edib.

“ICTnews” elektron xəbər xidmətinə komissiyadan verilən məlumata görə, Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi və E-hökumət Akademiyası tərəfindən keçirilən təlim kursunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, İqtisadi İnkişaf, Nəqliyyat, Xarici İşlər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.

“Estoniyada dövlət qulluğu sistemi”, “Estoniyada dövlət qulluğunu idarəetmə sistemi”, “Persona-dövlət qulluğunun verilənlər bazası”, “Daxili təhlükəsizlik tədrisində innovasiyalar”, “X-road”, “Dövlət qulluğu portalının yaradılması” mövzularını əhatə edən təlim kursunda Estoniya təcrübəsi diqqətə çatdırılıb və İKT-nin dövlət qulluğunda tətbiqinin üstünlükləri müzakirə olunub.

CAHANGİR



Baxış sayı: 745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024