12px13px15px17px
Tarix:15/05/13

“Google” musiqili olacaq

“Google” şirkəti ilkin mərhələdə təkcə Şimali Amerikada işləyəcək “Spotify”- musiqili yayım xidmətini bu həftə ərzində istifadəyə vermək niyyətindədir.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, ən iri dünya rekord-leybları – “Universal”, “Sony Music” və “Warner Music” – artıq onlara məxsus musiqili kataloqlarını yeni axın yayımı servisi üçün lisenziyalaşdırıblar. Servisin rəsmi anonsu bu gün “Google I/O” konfransının açılışında gözlənilir.

Musiqili xidməti təqdim etməklə “Google” şirkəti “Android” platformasına keçid üçün istifadəçilərə daha bir səbəb verir, çünki yeni servis ilk növbədə məhz bu əməliyyat sisteminə istiqamətlənib.

Deyilənə görə, hazırda “Apple” şirkəti də musiqili yayım servisini bu ilin sentyabrında istifadəyə verməyə hazırlaşır. “Google” bu gün “Go” proqramlaşdırma dilinin yenilənmiş versiyasını buraxıb. “Go 1.1” versiyası məhsuldarlıq nöqteyi-nəzərindən artıb, daha optimallaşdırılmış kompilyatora, linkləyiciyə və proqramçılar üçün yenilənmiş alətlərə malikdir.

Bununla yanaşı, “Google” əhəmiyyətli dərəcədə standart “Go” komponentləri kitabxanasını təkmilləşdirib. “Google” bildirib ki, hazırkı “Go 1.0” versiyası “Go 1.1” versiyası ilə tam uyğun gəlir, lakin sonuncu daha geniş imkanlara malikdir.

"Təcrübə göstərir ki, “Go 1.0” dilində yazılmış kod “Go 1.1” versiyasında da işləyəcək, lakin sonuncu versiyada o, daha sürətli olacaq. Əməliyyatların əksəriyyəti üzrə artım 30-40% təşkil edir", - deyə “Google”-da bildiriblər.

Şirkətdə qeyd ediblər ki, bir neçə əsas istiqamətlər üzrə işlər aparıblar: ilk növbədə dilin müasir çoxprosessorlu və çoxnüvəli sistemlərdə işini yaxşılaşdırıb, sonra isə, bir sıra hesablaşmaların aparılması zamanı, o cümlədən “Go Maps”la bağlı, prosessorun yüklənməsini azaldıblar.

Aynur Vəliyeva



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024