12px13px15px17px
Tarix:15/05/13

İstehlakçılara “Worldcard” sürprizi

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılan monitorinqlər zaman "Yapı Kredi Bank Azərbaycan" QSC-yə məxsus bukletdə "Worldcard" kredit kartı vasitəsilə worldcard embleminə təsadüf etdiyiniz bütün alış-veriş yerlərində faizsiz və ən müvafiq şərtlərlə hissə-hissə alış-veriş edə bilərsiniz" məzmunlu reklam xarakterli məlumatların verildiyi müəyyən edilib.

Bununla əlaqədar Dövlət Xidməti tərəfindən toplanmış materialların araşdırılması zamanı "Worldcard" kredit kartı vasitəsilə satış əməliyyatları aparan üzv ticarət obyektlərinin məxsus olduğu təsərrüfat subyektləri ilə "Yapı Kredi Bank Azərbaycan" QSC arasında bağlanmış müqavilələrdə kreditin qaytarılma müddətindən asılı olaraq 2,4%-dən 8,1%-dək faiz ödənilməsi nəzərdə tutulduğu müəyyən edilib.

Eyni zamanda, müqavilədə "Worldcard" kredit kartı vasitəsilə aparılan satış zamanı istehlakçılara verilən sənədin üzərində malın dəyəri, faiz və ümumi məbləğin ayrı-ayrılıqda göstərilməli olduğu halda, sənəddə yalnız ümumi məbləğin göstərildiyi aşkar edilib.

Bundan başqa, üzv ticarət obyektləri tərəfindən istehlakçılara "Worldcard" kredit kartı vasitəsilə mallar satıldıqda, malın qiymətinin üzərinə ödəniş müddətinə uyğun faizlər əlavə edildiyi müəyyən edilib.

HƏQİQƏT



Baxış sayı: 1219

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024