12px13px15px17px
Tarix:15/05/13

Daşınan kompüterlər bazarının həcmi 6 milyard dollar təşkil edəcək

Daşınan kompüterlər bazarı texnoloji bazarın bir çox böyük iştirakçılarının diqqət predmetinə çevrilir.

Hərçənd ki yalnız “Google” sözügedən məhsulun kommersiya istehsalına yaxındır, lakin “Apple”, “Samsung”, “LG” və “Microsoft” daxil olmaqla digər şirkətlər, həmçinin kompüterləşdirilmiş qurğu istehsal etməyə hazırdırlar.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IMS Research” analitiklərinin proqnozuna görə, bu cür məhsullar bazarının həcmi 3 il sonra 6 milyard dollar təşkil edib.

“Juniper Research”in proqnozuna görə, 2017-ci ildə 70 milyon daşınan kompüter satılacaq. Hələ ki sözügedən cihazların əksəriyyəti idmanla daha aktiv məşğul olmaq üçün nəzərdə tutulub, lakin yaxın gələcəkdə çoxfunksiyalı daşınan kompüterlər istifadəyə verilə bilər.

Emil Hüseynov



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024