12px13px15px17px
Tarix:16/05/13

“Azsciensnet” elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) "İKT ili" ilə bağlı Tədbirlər Planı çərçivəsində "Azsciensnet" elm kompüter şəbəkəsinin ölkə üzrə infrastrukturunu inkişaf etdirmək niyyətindədir.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, İTİ-nin direktoru Rasim Əliquliyev Tədbirlər Planının təqdimatında qeyd edib ki, AMEA-nın 9 institutunun fiber-optik kabellər vasitəsilə "Azsciensnet"-ə qoşulmasını təmin etmək niyyətindədir.

"Biz bu il ərzində AMEA-nın Naxçıvan bölməsini, Zoologiya İnstitutunu, Radiasiya Problemləri İnstitutunu, Azərbaycan Tarixi Muzeyini, Aşqarlar Kimyası İnstitutunu, Botanika və Mikrobiologiya İnstitutunu, Lənkəran, Şəki Regional Elmi mərkəzlərini və Neft-Kimya Prosesləri institutlarını "Azsciensnet"-ə daxili imkanlarımız hesabına qoşmaq niyyətindəyik. Bununla yanaşı, AMEA-nın bütün institutlarının İKT təminatı üzrə monitorinqini aparmağı planlaşdırırıq, yəni institutların nə dərəcədə tələb olunan proqram təminatı, şəbəkə avadanlığı, kompüter və s. texniki tələblərə cavab verdikləri araşdırılacaq",- deyə o bildirib.

R. Əliquliyevin sözlərinə əsasən, "AzScienceNet" şəbəkəsinin istifadəçiləri üçün yeni internet xidmətlərinin (Eduroam, Cloud Computing və s.) yaradılması işlərinin həyata keçirilməsi, AMEA Geologiya, Kimya Problemləri institutları və AMEA Naxçıvan Bölməsinin şəbəkə infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması nəzərdə tutulub.

Aynur Vəliyeva



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024