12px13px15px17px
Tarix:16/05/13

“App Store” onlayn mağazasından yüklənmiş tətbiqlərin sayı 50 milyardı ötüb

"App Store" onlayn mağazasından yüklənmiş tətbiqlərin sayı 50 milyardı ötüb. Yubiley tətbiqini yükləmiş şəxs "Apple" şirkətindən 10 min dollar həcmində hədiyyə sertifikatı alacaq və onu "iTunes"-də satınalmalara xərcləyə biləcək.

Qalibin adı daha sonra açıqlanacaq. Xatırladaq ki, "App Store" 2008-ci ildə istifadəyə verilib. Təxminən 1 il sonra sözügedən kataloqdan 1 milyard tətbiq yüklənib.

2012-ci ilin oktyabrında 35 milyardıncı tətbiq yüklənilib. Yüklənmələrin sayı hər gün artır və ay ərzində kataloqdan orta hesabla təxminən 2 milyard yüklənmə edilir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Canalys" analitik şirkətinin hesablamasına görə, mobil tətbiqlərdən əldə olunan gəlirin 74%-i "App Store" onlayn mağazasının payına düşür.

Emil Hüseynov



Baxış sayı: 652

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024