12px13px15px17px
Tarix:16/05/13

"Yandex" startup məktəbi açır

"Yandex" şirkəti startup məktəbi açır. Emalatxanada təlim iki ay davam edəcək və bu vaxt ərzində iştirakçılar özlərinə məxsus layihə işləməlidirlər. "Yandex" şirkəti "Tolstoy Summer Camp" startup məktəbini açır. Bu eksperimental layihənin məqsədi – runetdə maraqlı layihələrin yaranmasıdır.

«İki aylıq kurs çərçivəsində biz iştirakçılara ideyanı "sıfırdan" düzgün formalaşdırmağa və düşünməyə, komanda toplamağa, biznes-plan hazırlamağa və layihəni işləməyə kömək edəcəyik. Sonra iştirakçılar rusiyalı və xarici sərmayədarlara təqdim edə biləcəklər», - "Yandex"də bu qənaətdədirlər.

Proqram iyulun 1-dən başlayır, iştirakla bağlı müraciətlər mayın 31-dək davam edəcək. "Yandex" emalatxanasına, yaşından asılı olmayaraq menecerləri, proqramçıları və dizaynerləri dəvət edir. Bütün iştirak etmək istəyənlər özlərini görmək istədikləri ixtisas üzrə testdən keçməlidirlər.

Sonra uğurlu namizədlər "Skype"-da müsahibədən keçəcəklər və iyunun 24-də seçimin bütün mərhələlərini keçənlər elan ediləcəklər. Layihə tam məşğulluq tələb edir.

Təlim zamanı iştirakçılar aylıq 20 min rubl təqaüd alacaqlar. Onların Moskvaya gəlmək və yaşamaq xərclərini şirkət ödəyəcək.

Aynur Vəliyeva



Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024