12px13px15px17px
Tarix:17/05/13

Dünyanın ən varlı insanı kimdir?

Gündəlik “Milyarderlər İndeksi”ni yeniləyən "Blumberq" işgüzar xəbərlər agentliyi bildirir ki, Amerikanın "Microsoft" korporasiyasının banisi Bill Qeyts yenidən dünyanın ən zəngin insanı adını geri qaytarıb.

Xatırladaq ki, Qeyts sonuncu dəfə sözügedən reytinqdə birinci yerdə 2007-ci ildə olub. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Blumberq"in məlumatına görə, 57 yaşlı Qeytsin varidatı 72,7 milyard dollar olub ki, bu da ötən illə müqayisədə təxminən 10 milyard çoxdur.

Adıçəkilən nəşrin versiyasına əsasən, Qeytsin varidatı hazırda dünyanın ən zəngin insanları reytinqində ikinci yerdə qərarlaşmış meksika mediamaqnatı Karlos Slimdən 550 milyon dollardan çoxdur. Qeyd edək ki, “America Movil” telekommunikasiya imperiyasının sahibi 73 yaşlı Karlos Slimin varidatı ilin əvvəlindən 2 milyard dollar azalıb və hazırda 72.1 milyard dollar həcmində qiymətləndirilir.

Hazırda “Milyarderlər İndeksi”ndə üçüncü yerdə amerikalı investor Uorren Baffet qərarlaşıb. Onun varidatı 59.6 milyard dollar həcmində qiymətləndirilir.

Emil Hüseynov



Baxış sayı: 1670

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024