12px13px15px17px
Tarix:17/05/13

Azərbaycanda daxil olan trafikin orta sürəti 4.06 Mbit/s təşkil edir

"Ookla" şirkəti "Speedtest.net" xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürəti barəsində növbəti reytinq tərtib edib.

Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.06 Mbit/s təşkil edir.

Xatırladaq ki, ötən ay bu göstərici 4.02 Mbit/saniyə olub. Bakı üzrə bu göstərici 4.48 Mbit/s, Sumqayıt üzrə isə 2, 36 Mbit/s təşkil edir. Nəticələr şirkətin 2013-cü il aprelin 16-dan mayın 15-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib.

Testlərin aparılması üçün 343038 unikal İP ünvanı seçilib. Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 3 pillə irəliləyərək 117-ci yerdə qərarlaşıb.

Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Honqkonq (46.46 Mbit/s), Litva (39.80 Mbit/s) və Andorra (37.34 Mbit/s) qərarlaşıb. Xaric olan trafikin orta sürəti 1.73 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan 110-cu yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 1,99 Mbit/s, Sumqayıt üzrə isə 0,52 Mbit/s təşkil edir.

Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Litva (32.15 Mbit/s), Andorra (30.87 Mbit/s) və Honqkonq (30.52 Mbit/s) yer alıb.

Emil Hüseynov



Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024