12px13px15px17px
Tarix:17/05/13

İnformasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluğa görə daha ağır cəza təyin ediləcək

Azərbaycan Cinayət Məcəlləsinə (CM) dəyişiklik edilib. "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, Milli Məclisin son iclasında internetdən və digər informasiya vasitələrindən istifadə etməklə oğurluğun qarşısının alınması məqsədi ilə CM-də dəyişiklik edilməsi haqqında qanun qəbul edilib.

Qanuna əsasən, oğurluğun elektron və ya digər məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi oğurluğun ağırlaşdırıcı halları hesab ediləcək və buna görə daha ağır cəza təyin ediləcək.

Dəyişikliyə səbəb son dövrlər internet və digər elektron vasitələrlə vətəndaşların şəxsi hesabından, bankomatlardan pul oğurluğunun artmasıdır. İnformasiya texnologiyalarının sürətli inkişafı bütövlükdə ölkələr üçün uğur sayılsa da, cinayətkarların da yeni texnologiyalardan istifadə etməklə cəmiyyətə təhlükə yaratmasına şərait yaradır. İnternetdən və digər müasir texnologiyalardan cinayətin törədilməsi vasitəsi kimi istifadə olunması hallarının tənzimlənməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün dövlət adekvat addımlar atır.

Məcəlləyə edilən bu dəyişiklik də internetdən vətəndaşlara təhlükə yaradan qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində növbəti addım hesab edilməlidir.

SEYMUR



Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024