12px13px15px17px
Tarix:17/05/13

Azərbaycan İnformasiya Texnologiyaları Universitetində ilkin mərhələdə tədris ili ingilis dilində olacaq

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkə prezidentinin sərəncamına əsasən Təhsil Nazirliyi ilə birgə İnformasiya Texnologiyaları Universitetinin bu il üçün qəbul planını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamada bildirib ki, yeni universitetdə yeni ixtisaslar üzrə qəbulun təşkili nəzərdə tutulub. "Bu il İTU-ya qəbul edilən tələbələr Diplomatik Akademiya ilə bağlanmış müqaviləyə əsasən akademiyada ingilis dili üzrə hazırlıq kursunu keçəcəklər.

Gələn ilin sentyabrında universitet tam fəaliyyətə başlayacaq. Yeni universitetə "Proqram təminatı mühəndisliyi", "İnformasiya təhlükəsizliyi" və "Yeni tip şəbəkələr" kimi yeni ixtisaslar daxildir. İlkin mərhələdə İTU-da tədris ingilis dilində aparılacaq",- deyə Ə. Abbasov bildirib.

Qeyd edək ki, yeni universitetə hər bir ixtisas üzrə qəbul planı 10-15 yerdir. Gələcəkdə universitetin təqdim etdiyi ixtisas çeşidinin artırılması nəzərdə tutulub. Yeni universitet beynəlxalq standartlara uyğun olan, müasir menecment və tədris prosesinə malik bir təhsil ocağı olacaq.

Hazırda yeni ali təhsil ocağının müəllim heyəti müəyyən edilir və bu prosesdə tədrisi yüksək səviyyədə təmin etmək üçün yüksəksəviyyəli müəllim heyətinin formalaşdırılması nəzərdə tutulub. Belə ki, universitetdə işləmək üçün yerli müəllimlərlə yanaşı, xarici mütəxəssisləri, xarici şirkətlərdə işləyən ekspertləri və mütəxəssisləri cəlb etmək məsələləri müzakirə olunur.

Gələcəkdə bu təhsil ocağında ödənişli əsasda tələbə qəbulunun təşkili də istisna olunmur.

Aynur Vəliyeva



Baxış sayı: 2041

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024