12px13px15px17px
Tarix:18/05/13

İran Azərbaycanda operator seçimi tenderlərində iştirak etməyə hazır olduğunu bildirir

İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda operator seçimi tenderlərində iştirak etməyə hazır olduğunu bildirir.

Eyni zamanda qonşu dövlətin nazirliyi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində dövlət və özəl sektor şirkətlərinin iştirakı ilə qeyd edilən sahə üzrə ixtisaslaşdırılmış toplantılar keçirməyə də maraq göstərir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, sözügedən sektor üzrə şirkətlər, eyni zamanda iş adamları ətraflı məlumatları İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən (Bakı şəhəri, Bünyad Sərdarov 4; tel: (+99412) 4924407, (+99412) 4921964; fax: (+99412) 4970733) ala bilərlər.

HƏQİQƏT



Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024