12px13px15px17px
Tarix:18/05/13

"Apple" şirkəti "İpad Mini" planşetlərinə sifarişlərin həcmini azaldır

Tayvanın "Digitimes" onlayn nəşri bildirir ki, "Apple" şirkəti "iPad Mini" planşetlərinin istehsalına sifarişlərin həcmini azaltmağa başlayıb.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, belə ki, sözügedən nəşr məlumat verir ki, "iPad Mini" üçün maye kristal panellər istehsal edən "AU Optronics" şirkəti cari rübdə "alma" şirkəti üçün 2,5-2,8 milyon panel tədarük edəcək, halbuki ötən rüb bu göstərici 4 milyon panel təşkil edib.

Bundan başqa, "Apple" şirkəti tərəfdaşlarını "iPad Mini" planşetlərinə sifarişlərin azalacağından xəbərdar edib.

Emil Hüseynov



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024