12px13px15px17px
Tarix:20/05/13

Avropa Məkanında Yeni Çağırışlar: “Gənc Alimlərin Beynəlxalq Bakı Forumu” keçiriləcək

Bu gündən Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Avropa məkanında yeni çağırışlar: Gənc alimlərin Beynəlxalq Bakı Forumu" öz işinə başlayır.

Mayın 25-nə qədər davam edəcək forum Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və "EURODOC" (Gənc Tədqiqatçılar və Doktorantların Avropa Şurası) təşkilati dəstəyi ilə keçirilir.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, Avropa gənc alimləri, elmi tədqiqatçıları arasında şəbəkənin genişləndirilməsi və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsindən ibarətdir. Forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, "Kəsişən maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr" mövzusunda plenar sessiyalar keçiriləcək. Eyni zamanda texniki elmlər, o cümlədən texnika, nanotexnologiyalar, İKT sahəsində yeni işlər, iqtisadiyyat və sosiologiya üzrə elmin iqtisadi inkişafı, problemlər və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiya, yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr; biomüxtəliflik və s. mövzuları əhatə edən 5 istiqamət üzrə paralel sessiyalar keçiriləcək.

Tədbirdə "EURODOC"-a üzv olan Avropanın 32 ölkəsindən olan 160, Azərbaycandan isə 190 gənc alimin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Avropa məkanında iştirakçıların seçimini 2001-ci ildən Avropada gənc alimlər şəbəkəsini gücləndirmək və yeni elmi təşəbbüsləri irəli sürmək məqsədi ilə fəaliyyət göstərən "EURODOC" təşkilatı aparıb.

Gənc Alimlərin Beynəlxalq Bakı Forumu müxtəlif ixtisaslar üzrə tədqiqatlar aparan gənc alim, aspirant və doktorantları bir araya gətirərək onlara təcrübə və bilik mübadiləsini aparmaq, aparıcı Avropa universitetləri professorlarının çıxışlarını dinləmək və Azərbaycan elminin inkişafı ilə tanış olmaq imkanını yaradır. Bu məqsədlə forum iştirakçılarının Şamaxı Rəsədxanası və Milli Elmlər Akademiyasının bir neçə institutu ilə tanışlığı da nəzərdə tutulub.

HƏQİQƏT



Baxış sayı: 1314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024