12px13px15px17px
Tarix:20/05/13

Hər dəqiqə “YouTube” videohostinqinə 100 saatlıq video yüklənilir

“YouTube” videohostiqninin istifadəyə verilməsindən 8 il ötür. Şirkətdən verilmiş məlumata əsasən, hər dəqiqə videohostinqə 100 saatlıq video yüklənilir. “ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, hər ay portala 1 milyarddan çox insan daxil olur.

Bu isə o deməkdir ki, planetin hər yeddinci sakini ay ərzində ən azı bir dəfə “Youtube” videohostinqə daxil olur. “Google” şirkətinin rəhbərliyi qeyd edib ki, ay ərzində xidmət 4 milyard saatlıq video yayımlayır ki, bu da ötən ilin göstəricisini 50% ötür. “Youtube” videohostinqinə daxil olan hər bir insan orada daha çox vaxt keçirir. Hazırda “Youtube”da videoya baxışın 25%-i smartfon və planşetlərin payına düşür.

Ekspertlər qeyd edirlər ki, “Google” videolarının “Android” və “iOS” platforması ilə uyğunluğunu təmin etmək üçün xeyli vəsait xərcləyib.

Emil Hüseynov



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024