12px13px15px17px
Tarix:20/05/13

“Migom” sistemi Azərbaycanda mövqeyini möhkəmləndirir

“Migom” Beynəlxalq pul köçürmələri ödəniş sistemi Azərbaycanda xidmət şəbəkəsini genişləndirib.

“ICTnews” xəbər xidmətinin “www.mskit.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Migom” artıq Azərbaycanın “AFB Bank”ı ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda bankın Bakıda, Qəbələdə, Gəncədə və Sumqayıtda yerləşən 12 xidmət məntəqəsində “Migom” üzərindən dünyanın 27 ölkəsindən pul köçürmələri almaq və göndərmək olar.

Ötən il ərzində Rusiya Bankının məlumatlarına əsasən, Rusiya-Azərbaycan dəhlizi üzrə pul dövriyyəsi 1307 milyon dollar təşkil edib. Son bir ildə “Migom” Azərbaycanda şəbəkəsini genişləndirməsinə böyük diqqət yetirib. Belə ki, şirkət “Bank of Azerbaijan”la, “Azərpoçt”la tərəfdaşlıq haqda sazişləri imzalayıb.

“Migom”un Azərbaycanda tərəfdaş ofislərinin sayı 600-dən çoxdur. Şirkətin gələcək planları Azərbaycanın bütün regionlarında banklara və müştərilərə pul köçürmələri üzrə xidmətlərin göstərilməsidir.

Aynur Vəliyeva



Baxış sayı: 903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024