12px13px15px17px
Tarix:20/05/13

Yeni sənaye şəbəkələrinin mühafizəsi texnologiyaları yaradılıb

ABŞ-da Şimali Karolinanın Dövlət Universitetindən olan tədqiqat qrupu, nəqliyyat, enerji təchizatı kimi kritik əhəmiyyətli sahələri idarə etməyə imkan verən şəbəkələrdə kiberhücumları müəyyən və təcrid edə bilən yeni proqram alqoritmi işləyib.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, proqram təminatının yaradıcıları qeyd edirlər ki, o, “Stuxnet” və ya “Flame” kimi ziyanverici kodlarla mübarizə etmək üçün nəzərdə tutulub. Adətən sənaye miqyaslı şəbəkələr qorunması çətin olan çox iri resurslardı, hansıları ki, bütövlükdə qorumaq çətindir, ona görə də ənənəvi antivirusların və şəbəkələrarası ekranların quraşdırılması burada o qədər də mümkün və effektiv metod deyil. Bu kod, şəbəkələrdə son qurğuları birləşdirərək və əlaqələndirərək, nəzarət qurğuları səviyyəsində işləyir.

Misal üçün, bu cür qurğular hərarət göstəricilərini və qaz analizatorlarını əlaqələndirir. Yaradılan həll müştəri agentləri – son hesablama qurğularında quraşdırılan, az həcmli proqram blokları olmadan işləyir, buna görə də texniki və fiziki nöqteyi-nəzərdən daha müstəqildir.

Yenilik D-NCS və ya “distributed network control systems” üzrə texnologiya yaradacaq, məlumatları şəbəkə qovşaqları səviyyəsində nəzarət edərək. Bu cür təşkilat, son şəbəkə qovşaqlarına cüzi yüklənmə ilə işləməyə imkan verir və əlavə trafik yaratmır. Tədqiqatçılar hazırda onların proqramının patentləşdirmə səviyyəsində olmasını qeyd edirlər.

Aynur Vəliyeva



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024